Yəqin ki, bu sözlər Ronaldoya pis təsir edəcək

23 İyul 2020 00:00 İspaniya 824
Yəqin ki, bu sözlər Ronaldoya pis təsir edəcək

"Real"ın yarımmüdafiəçisi Luka Modriç Madrid klubunun mövsümün bərpasından sonra çıxışı haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, komandanın uğurlu nəticələrinə təəccüblənmədiyini deyib:

"Real"ın fasilədən sonrakı nəticələri? Düzünü desəm, bu, məni təəccübləndirmir. Biz karantində olsaq da, hamımız məşq edirdik. Komanda yoldaşlarımla danışırdım və hamısının əlavə bir motivasiya ilə işlədiyini görürdüm.

Bizim üçün gözlənilməz və tamamilə yeni bir vəziyyət oldu. Futbol oynamaq istəyirdik. Nəhayət birlikdə məşqə qayıtdıqda, oyunçular arasında daha da güclü bir əlaqə olduğunu hiss etdik".

Modriç hazırkı "Real"ı Kriştiano Ronaldonun oynadığı dövrlə də müqayisə edib: "Kriştianonun "Real" üçün nə qədər vacib oyunçu olduğunu söyləməyə ehtiyac yoxdur, amma deməliyəm ki, onun olmaması ambisiyalarımıza təsir etməyib. Onsuz qalib gəlməyə davam edəcəyimizə əmin idik".

Digər Xəbərlər
Xəbər Lenti