Ümidləri doğrultmayan futbolçulardan ibarət rəmzi komanda

22 İyul 2020 11:06 İspaniya 604
Ümidləri doğrultmayan futbolçulardan ibarət rəmzi komanda

İspaniya La Liqasında cari mövsümdə gözləntilərin altında çıxış edən futbolçulardan ibarət rəmzi heyət açıqlanıb.

Sportinfo.az xəbər verir ki, “Marca”nın hazırladığı rəmzi heyət cari mövsümdə gözləntiləri qarşılamayan, səviyyəsindən aşağı çıxış edən futbolçulardan ibarətdir:

Qapıçı: Yasper Sillesen (“Valensiya”);

Müdafiəçilər: Terri Korreyra (“Valensiya”), Fernando Kalero (“Espanyol”), Junior Firpo (“Barselona”);

Yarımmüdafiəçilər: Roni Lopes (“Sevilya”), Denis Suares (“Selta”), Matias Varqas (“Espanyol”), Joao Feliks (“Atletiko”);

Hücumçular: Antuan Qrizmann (“Barselona”), Luka Yoviç (“Real”), Borxa İqlesias (“Betis”).

Digər Xəbərlər
Xəbər Lenti