Komandanı 4 oyuna çıxaran baş məşqçi istefaya göndərildi

22 İyul 2020 01:52 İspaniya 840
Komandanı 4 oyuna çıxaran baş məşqçi istefaya göndərildi

"Alaves” baş məşqçisi Xuan Ramon Lopes Munislə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə La Liqada klubun rəsmi saytı məlumat yayıb.

51 yaşlı mütəxəssisin La Liqa təmsilçisindəki fəaliyyət dövrü qısa sürüb. Belə ki, bu ayın 5-də komandaya baş məşqçi təyin edilən Munis "Alavesi"i 4 La Liqa oyununa çıxarıb.

Komanda "Barselona" (0:5) və "Real"a (0:2) uduzsa da, "Betis" (2:1) və "Xetafe" (0:0) ilə oyunda 4 xal toplayaraq La Liqada qalmağı bacarıb. Lakin klub rəhbərliyi ispan məşqçi ilə yolları ayırmaq qərarına gəlib.

Onun başa çatan müqaviləsi yenilənməyib. "Alaves" mövsümü 39 xalla 16-cı pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!