Millinin üzvü gələn mövsüm Sequndada oynayacaq - VİDEO

21 İyul 2020 13:12 İspaniya 1 064
Millinin üzvü gələn mövsüm Sequndada oynayacaq - VİDEO

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi "Albasete" İspaniya Sequndasında qalıb.

Sportinfo.az xəbər verir ki, komanda buna sonuncu - 42-ci turda "Kadis"lə matçda nail olub.

"Albasete" 90-cı dəqiqədə Maykel Mesanın penaltidən vurduğu qolla qələbə qazanıb - 1:0. İsrafilov bu matçda iştirak etməyib və sonadək ehtiyat skamyada əyləşib.

Komandanın əsas üzvlərindən sayılan oyunçunun matçı buraxma səbəbi bəlli deyil. Bu nəticədən sonra "Albasete" çempionatı 52 xalla 17-ci pillədə başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti