"Real"a görə elitayla vidalaşan sonuncu komanda - VİDEO

20 İyul 2020 09:42 İspaniya 770
"Real"a görə elitayla vidalaşan sonuncu komanda - VİDEO

İspaniya La Liqasında 2019/20 mövsümünün sonuncu – 38-ci turunun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, son turun bütün qarşılaşmaları eyni gündə oynanılıb.

Çempion “Real” səfərdə “Leqanes”lə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib. “Leqanes” bu xal itkisinə görə elitayla vidalaşan sonuncu komanda olub. Daha öncə “Espanyol”la “Malyorka” da elita ilə vidalaşmışdı.

"Leqanes" – "Real" 2:2

Qol: Gil, 45+1. Assale, 79 – S.Ramos, 9. Asensio, 52.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti