"Sumqayıt" yenə ona 1 illik VUR(ğun)DUR! - FOTO

18 İyul 2020 13:54 İspaniya 519
"Sumqayıt" yenə ona 1 illik VUR(ğun)DUR! - FOTO

"Sumqayıt" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın kapitanı Vurğun Hüseynovun da sözləşməsi yenilənib. 32 yaşlı müdafiəçi növbəti mövsümdə də "gənclik şəhəri" təmsilçisinin uğurları üçün çalışacaq.

2013/14 mövsümündən etibarən “Sumqayıt”da çıxış edən Vurğun Hüseynov komandanın tarixində ən çox oyun keçirən futbolçudur. 164 matçda forma geyinən müdafiəçi rəqib qapılarından 1 qol keçirib.

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Sumqayıt" daha əvvəl qapıçı Mehdi Cənnətov və müdafiəçi Elvin Bədəlovla müqavilənin müddətini uzadıb.

Digər Xəbərlər
Xəbər Lenti