“Messi “Barsa” üçün hər şeyi təkbaşına edə bilməz”

14 İyul 2020 13:12 İspaniya 499
“Messi “Barsa” üçün hər şeyi təkbaşına edə bilməz”

“Real”ın sabiq direktoru Xorxe Valdano La Liqadakı durumla bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, Valdano “Barselona”nın oyununa da münasibət bildirib.

O, hazırkı komandanın titul uğrunda mübarizə aparmağa qadir olmadığını vurğulayıb: “İndiki “Barselona” heç nə qazana bilməz. Nə La Liqanı, nə də Çempionlar Liqasını.

Messi çoxdan deyib ki, bu səviyyə ilə Avropada uğur qazanmaq olmaz. Leo “Barsa” üçün hər şeyi təkbaşına edə bilməz. Ondan həddindən artıq çox şey tələb edirlər”.

Valdano 1984-87-ci illərdə “Real”da oynayıb. 1994-96-cı illərdə komandanın baş məşqçisi, 2009-2011-ci illərdə isə direktoru olub.

Digər Xəbərlər
Xəbər Lenti