"Messi ilə danışıq aparmışıq, aparırıq və bundan sonra da aparacağıq"

13 İyul 2020 13:12 İspaniya 1 182
"Messi ilə danışıq aparmışıq, aparırıq və bundan sonra da aparacağıq"

“Barselona”nın prezidenti Xosep Mariya Bartomeu Lionel Messi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, prezident Leo ilə danışıqlar apardıqlarını bildirib.

33 yaşlı Messinin “Barselona” ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. O, argentinalı futbolçunun karyerasını “Barselona”da bitirmək istədiyini də vurğulayıb:

“Biz Messi ilə danışıq aparmışıq, aparırıq və bundan sonra da aparacağıq. Argentinalı karyerasını burda bitirmək istəyir.

Onunla danışığı mütləq bərpa edəcəyik və əminəm ki, Messi burda qalacaq. Messi hər il bizə yeni nəsə göstərir. Leonun 2025-ci ildə necə oynayacağını da asanlıqla təsəvvür edirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti