Hirsəndi, kinayəli gülümsədi, sonra da yatdı – VİDEO+FOTOLAR

11 İyul 2020 18:48 İspaniya 702
Hirsəndi, kinayəli gülümsədi, sonra da yatdı – VİDEO+FOTOLAR

Sportinfo.az xəbər verir ki, "Real"ın futbolçusu Qaret Beyl La Liqanın 35-ci turunda "Alaves"ə 2:0 hesabı ilə qalib gəldikləri matçda etdiyi hərəkəti ilə diqqət çəkib.

Belə ki, oyuna ehtiyatda başlayan uelsli hücumçunu baş məşqçi Zinəddin Zidan 90-cı dəqiqədə 5-ci oyunçu dəyişikliyində də meydana buraxmayıb.

Brahim Diasa şans verilməsindən sonra əsəbiləşən və kinayə ilə gülümsəyən 31 yaşlı futbolçu görüşün qalan hissəsini izləmək istəməyib. O, tribunada maskası ilə gözlərini bağlayaraq yatıb.

Beyl bu mövsüm "Real"da 20 matçda 3 qol vurub, 2 qolun ötürməsini verib.





Digər Xəbərlər
Xəbər Lenti