Azərbaycanlı məşhur: "Messi Allahın bəlasıdır, Ronaldo isə…"

11 İyul 2020 18:34 İspaniya 2 006
Azərbaycanlı məşhur: "Messi Allahın bəlasıdır, Ronaldo isə…"

Azərbaycan millisinin karateçisi Rafael Ağayev dünya futbolunun aparıcı simaları Lionel Messi ("Barselona") və Kriştianu Ronaldunu ("Real Madrid") müqayisə edib.

Sportinfo.az xəbər verir ki, titullu idmançı “Instagram” səhifəsindəki canlı yayımda bildirib ki, sözügedən oyunçuların hərəsinin öz üstünlükləri var.

Karateçi ulduz futbolçuların gələcəkdə "Yuventus"da komanda yoldaşı olmalarını istədiyini əlavə edib. Ağayevin sözlərinə görə, onlar bir-birilərini təkrar edə bilməzlər:

"Komanda oyununda Messinin elədiklərini Ronaldo edə bilmir. Sırf hücumçu kimi isə əksinə, Ronaldo daha yaxşıdır. Fiziki baxımdan, hava toplarında Ronaldo üstündür. Messi isə Allahın bəlasıdır. Ondan hər şey gözləmək olar" (report).

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı