"Barselona" rəhbərliyi bunu da etdi

7 İyul 2020 15:32 İspaniya 1 424
"Barselona" rəhbərliyi bunu da etdi

"Barselona" Leonel Messinin maaşını azaldır

Sportinfo.az xəbər verir ki, bu haqda “El Chiringuito TV” məlumat yayıb. Bildirilir ki, klub prezidenti Jozep Bartomeu yaxın günlərdə kapitanının maaşında ixtisar etməli olacaq. Belə bir qərar hazırkı müqavilədə yer alan bəndə görə veriləcək.

Qeyd edək ki, Messinin “Barselona”da aylıq qazancı 8,3 milyon avro təşkil edir.

Xatırladaq ki, 33 yaşlı argentinalı hücumşunun klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. İspaniya mətbuatında yer alan xəbərlərə görə, bundan sonra Messi komandanı tərk edəcək. Digər iddialara görə, kapitanla klubun hazırkı prezidenti Jozep Bartomeunun münasibətlərində möhkəm soyuqluq yaranıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti