Messi “Barselona”nın prezidentini dəyişdirmək istəyir

5 İyul 2020 13:40 İspaniya 1 021
Messi “Barselona”nın prezidentini dəyişdirmək istəyir

“Barselona”nın hücumşusu Lionel Messi komandanı tərk etmək niyyətində deyil.

Sportinfo.az xəbər verir ki, argentinal futbolçu klubun prezidenti Xosep Bartomeunun fəaliyyətindən narazıdır.

Bu günlərdə İspaniya mətbuatı gələn il müqaviləsinin müddəti başa çatandan sonra Messinin “Barselona”nı tərk edəcəyini və “Mançester Siyi”yə keçəcəyini yazıb.

Məlumata görə, Messinin yaxın ətrafı bilərəkdən bu xəbəri dövriyyəyə buraxıb. Bununla futbolçu klub prezidentinə inamsızlığını göstərib. Bildirilir ki, kapitanın bu mövqeyi Bartomeunun istefası ilə nəticələnə bilər.

Digər Xəbərlər
Xəbər Lenti