"Barselona" açıqladı: "O, bir müddət heyətdən kənar qalacaq"

3 İyul 2020 17:38 İspaniya 757
"Barselona" açıqladı: "O, bir müddət heyətdən kənar qalacaq"

“Barselona” müdafiəçisi Samuel Umtitinin zədələndiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb.

Bildirilir ki, sol dizində ağrılar aşkarlanan fransalı futbolçu bir müddət heyətdən kənar qalacaq. Onun müayinəsinə başlandığı da vurğulanıb. Açıqlamada Umtitinin meydanlara nə vaxt qayıdacağı bildirilməyib.

Müdafiəçi sonuncu dəfə La Liqanın 32-ci turunda “Selta” ilə səfər görüşündə (2:2) 90 dəqiqə meydanda olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il