Messi qorxu içindədir: "Bundan pis şey ola bilməz"

1 İyun 2020 11:48 İspaniya 904
Messi qorxu içindədir: "Bundan pis şey ola bilməz"

“Barselona”nın argentinalı hücumçusu Lionel Messi koronavirus pandemiyasının futbola təsirindən danışıb.

Sportinfo.az xəbər verir ki, “El Pais” nəşrinə müsahibəsində o deyib:

“İndi çoxumuz bu hadisələrdən sonra dünyanın necə olacağını bilmirik. Hazırda ağır vəziyyət yaranıb. Çünki bu, hər birimizə təsir edib. İnsanlar doğmalarını, yaxınlarını, dostarını ititir.

Bundan pis şey ola bilməz. Hətta onlarla normal vidalaşa da bilmirlər. Bu, ədalətli deyil. Futbola gəlincə, bütün həyat kimi, bu idman növü də əvvəl kimi olmayacaq”.

Digər Xəbərlər
Xəbər Lenti