"Barselona": Neymarı geri qaytarmağımız qeyri-mümkündür

14 May 13:40 İspaniya 109
"Barselona": Neymarı geri qaytarmağımız qeyri-mümkündür

"Barselona" PSJ-nin futbolçusu Neymarı almaq fikrində deyil.

Sportinfo.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin prezidentinin müşaviri Karles Rekraç COPE radiosuna açıqlamasında bildirib.

O deyib ki, mövcud vəziyyəti nəzərə alaraq, 28 yaşlı braziliyalı hücumçunun geri qayıtması mümkün deyil: "Neymar klubumuzun onun üçün hansı rolu oynadığını başa düşdü. Bizim komandada qol vursaydı, xəbər bütün dünyaya yayılardı. Parisdə isə onun qolları az nəzərə çarpır".

Daha öncə İspaniya mətbuatı bildirib ki, Neymar "Barselona"ya keçmək üçün PSJ-nin yeni müqavilə təklifini rədd edib. Paris klubu onun məvacibini 50 faiz artıraraq 36,8 milyon avroya yüksəltməyi hədəfləyib. İspaniya klubu isə oyunçuya 20 milyon avro maaş təklif edib.

Neymar "Barselona"dan PSJ-yə 2017-ci ilin avqustunda rekord məbləğə - 222 milyon avroya keçib. 27 yaşlı hücumçu Paris təmsilçisinin heyətində 80 matç keçirib və 69 qol vurub, habelə 39 məhsuldar ötürmə edib. Forvardın PSJ ilə müqaviləsi 2022-ci ildə başa çatacaq.

Xəbər Lenti
30 May 13:26 Holanda göz dəydi?