Rusiya millisinin hücumçusu "Barselona"ya keçir

14 May 09:42 İspaniya 202
Rusiya millisinin hücumçusu "Barselona"ya keçir

"Barselona" ən yaxın transfer dönəmində "Lokomotiv"in hücumçusu Aleksey Mirançuku almaq istəyir.

Sportinfo.az xəbər verir ki, katalonların prezidenti Xosep Mariya Bartomeu transferə razılıq verib.

"Barsa" 24 yaşlı yarımmüdafiəçi və klubu ilə anlaşmalıdır. Məlumata görə, Kataloniya təmsilçisi bu transferi 20 milyon avrodan aşağı məbləğə həll edəcək.

Mirançukun Moskva təmsilçisi ilə anlaşması 2021-ci ilin yayında tamamlanır. Rus futbolçu bu mövsüm 24 oyunda 9 qol vurub, 5 assist edib.

Xəbər Lenti
2 İyun 16:14 17 qollu oyun