Messi gələcək futbol ulduzlarının reytinqini tərtib etdi

7 Aprel 2020 11:20 İspaniya 707
Messi gələcək futbol ulduzlarının reytinqini tərtib etdi

“Barselona”nın kapitanı Lionel Messi gələcəkdə futbol ulduzları ola biləcək dünyanın 15 ən perspektivli oyunçusunun siyahısını tərtib edib.

Sportinfo.az xəbər verir ki, argentinalı seçimini kiçik şərhlərlə əsaslandırıb.

Messi dünya futbolunun potensial ulduzları ilə bağlı fikirlərini “Give me sport” portalı ilə bölüşüb.

Trent Aleksandr-Arnold (“Liverpul”) - əla hücuma keçə bilən müdafiəçidir.

Kristian Pulişiç (“Çelsi”) – onun əla balansı və çevikliyi var.

Meyson Maunt (“Çelsi”) – gördüklərimdən çıxış etsək, o, ən yaxşılardan biri olmağı bacaracaq.

Fil Foden (“Mançester Siti”) – böyük istedadı var. O, oyun zamanı inanılmaz şeylər edə bilir.

Ceydon Sanço (“Borussiya” Dortmund) – driblinqi zamanı müdafiəçiləri keçmək bacarığı heyrətləndirir.

Luka Yoviç (“Real”) – məftunedici oyunçudur. O, mümkün olmayanı mümkün edir.

Kay Haverts (“Bayer”) – onun rəqib qapısı önündə soyuqqanlılığı heyrətləndirir... və özü də yaşının az olmağına baxmayaraq.

Eder Militao (“Real”) – fövqəladə istedad, sərt rəqib.

Usman Dembele (“Barselona”) – onun məşqlər zamanı cəldliyi qorxudur.

Ussem Auar (“Lion”) – topu idarə edərkən o, həmişə sakitdir. Müstəsna texnikaya malikdir.

Frenki De Yonq (“Barselona”) – yaşıdlarının arasında ən istedadlı top ötürəndir.

Joau Feliks (“Atletiko”) – hazırda dünyanın ən maraqlı gənc futbolçularından biridir.

Kilian Mbappe (PSJ) – çox təhlükəli oyunçudur, cəlddir və hücumlarını bitirməyi bacarır.

Yozua Kimix (“Bayern”) – çox istedadlı müdafiəçidir, nəticələr verən çoxlu ötürmələr edir.

Benjamen Pavar (“Bayern”) – əla müdafiəçidir. O, qapıya çoxlu top vurmağı bacarır.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var