Niyə onun vaxtında bu cür oynamırdılar? - Kapitan cavab verdi

15 Noyabr 2023 16:20 Kəpəz 1 457
Niyə onun vaxtında bu cür oynamırdılar? - Kapitan cavab verdi

“Hər oyuna qələbə üçün çıxırıq, sadəcə, hər dəfə nəsə çatmırdı.

Şükürlər olsun, bu dəfə bacardıq. Azər Məmmədov üçün oynadıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan” üzərində qələbə qazanan “Kəpəz”in müdafiəçisi Vurğun Hüseynov deyib.

Gəncə təmsilçisi 11 oyunluq qələbəsizlik seriyasına “Dalğa Arena”da son qoydu. “Sarı-göylər” rəqibi ilə müqayisədə kifayət qədər xoş və istəkli təsir bağışlayırdı ki, yekunda bunun faydasını gördü.

Maraqlıdır, Azər Məmmədovun dövründə niyə belə deyildi? Niyə məhz onun gedişindən sonra komandada əsl istək hiss olunurdu?

Vurğunu dinləyək:

“Azər müəllimin vaxtında da meydanda can qoyurduq. Komandada istək var idi və bu gün də var. Ən əsası azarkeşlərimizi sevindirmək istəyirik. Dediyim kimi, alınmırdı.

Bir oyunda qol epizodlarını boşa verirdik, digərində şanssızlıq olurdu, bir başqasında fərdi səhvlər özünü göstərirdi. Bu qələbənin bizə stimul verəcəyini düşünürəm.

Qarşıdan millilərin oyunları ilə bağlı fasilə gəlir. Çatışmazlıqları aradan qaldırmaq üçün əlimizə yaxşı imkan düşüb.

Fürsətdən istifadə edib hər zaman yanımızda olan azarkeşlərimizə təşəkkür edirəm. Bu cür qələbələr onların haqqıdır. Elə etməliyik ki, azarkeşlərimizi tez-tez sevindirək”.

Buna qədər turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Kəpəz” xalların sayını 9-a yüksəldərək “zirzəmi”dən qurtulub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?