Messinin cibindən 1 milyon avro çıxdı

25 Mart 19:45 İspaniya 208
Messinin cibindən 1 milyon avro çıxdı

“Barselona”nın hücumçusu Lionel Messi koronavirus pandemiyası ilə mübarizəyə dəstək olub.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu Kataloniyadakı xəstəxanalardan birinə 1 milyon avro məbləğində yardım edib.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Bundan başqa, futbolçunun ölkəsindəki xəstəxanalara da maddi yardım etdiyi bildirilib.

Xəbər Lenti