Azərbaycan çempionatının başlayacağı tarix açıqlandı

15 Noyabr 2023 10:20 Voleybol 749
Azərbaycan çempionatının başlayacağı tarix açıqlandı

Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının 2023/2024 mövsümünün ilk oyunu noyabrın 16-da baş tutacaq.

Sportinfo.az xəbər verir ki, həmin gün I turda “Neftçi” və “Murov Az Terminal” klubları üz-üzə gələcəklər.

Bu qarşılaşma saat 15:00-da başlayacaq. Saat 17:30-da isə “Azərreyl” və MOİK komandaları görüşəcəklər.

Hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti