Niderlanda uduzan millimiz 1/8 finala adladı - Avropa çempionatında

29 Avqust 03:40 Voleybol 199
Niderlanda uduzan millimiz 1/8 finala adladı - Avropa çempionatında

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda bu gün sonuncu oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda Niderlandla üz-üzə gəlib.

Milli Gimnastika Arenasında keçirilən qarşılaşma Niderland yığmasının 3:1 hesablı qələbəsi ilə bitib.

Qrupun digər görüşündə Rumıniya İspaniyanı 3:0 hesabı ilə məğlub edib.

Beləliklə, Azərbaycan millisi C qrupunu 8 xalla 3-cü pillədə başa vurub və 1/8 finala adlayıb. Belçika yığması 1-ci (13), Niderland ikinci (12), Rumniya 4-cü (6), Portuqaliya 5-ci (5), İspaniya 6-cı (1) yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO