O, "Real"ın hədəfindədir

24 Mart 2020 20:00 İspaniya 439
O, "Real"ın hədəfindədir

“Real” mövsüm sonunda hücum xəttini gücləndirmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, “kral klubu” “Borussiya”nın forvardı Erlinq Holandın xidmətində maraqlıdır.

Nüfuzlu "Marca" nəşri yazır ki, Madrid klubu norveçli futbolçu ilə yanaşı, PSJ-də çıxış edən Mbappeni də transfer etməyi düşünür. Ancaq fransalı futbolçunun mövsüm sonunda heyətə cəlb ediləcəyi inandırıcı deyil. Çünki Mbappenin Paris təmsilçisi ilə müqaviləsi var və klub onu buraxmaq istəmir.

19 yaşlı forvard qışda göstərdiyi performansla bir çox klubun diqqətini cəlb edib. İtaliya mətbuatı "Yuventus"un da onu izlədiyini yazır. Holand Bundesliqada keçirdiyi 8 matçda 9 qol vurub və iki asisst edib.

Digər Xəbərlər
Xəbər Lenti