Norveçlilər Şotlandiya - Azərbaycan matçında iş başına keçəcək

01:50 Milli komanda 111
Norveçlilər Şotlandiya - Azərbaycan matçında iş başına keçəcək

Azərbaycan U-21 millisinin Şotlandiya ilə keçirəcəyi Avropa çempionatının seçmə mərhələsi oyununa hakim təyinatları açıqlanıb.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı norveçli hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Matiyas Stöfrinqshauq olacaq. Ona həmyerliləri Erland Hareland və Edvard Helgerud kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mohammad Usman Aslam yerinə yetirəcək.

Şotlandiya - Azərbaycan oyununun start fiti sentyabrın 30-da Bakı vaxtı ilə saat 22:30-da səslənəcək.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?