Gürcüstan milli komandasının baş məşqçisi dəyişib.
Sportinfo.az xəbər verir ki, A millisini Ramaz Svanadze çalışdıracaq.
Gürcüstan Futbol Federasiyasının yaydığı məlumata görə, yeni baş məşqçi ilə 2028-ci ilin sonunadək müqavilə imzalanıb.
Svanadze buna qədər Gürcüstanın U-21 yığmasının baş məşqçisi olub.
U-21-in Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi son üç oyunda Svanadzeni onun köməkçisi olmuş Georgi Adamiyanın əvəzləyəcəyi bildirilib.
Georgi Adamiya vaxtilə futbolçu kimi Azərbaycanda “Neftçi”, “Bakı”, “Qarabağ” və “İnter”də (hazırkı “Şamaxı”) çxış edib.
