“Türkiyədə yerdən-yerə vurulurdu, Azərbaycan millisində “küllərindən doğuldu”

01:00 Hadisə 118
“Türkiyədə yerdən-yerə vurulurdu, Azərbaycan millisində “küllərindən doğuldu”

Türkiyə mətbuatında Toral Bayramovun millimizin heyətində Tacikistana qarşı yoxlama oyunundakı çıxışından bəhs edilib.

Sportinfo.az xəbər verir ki, qardaş ölkədən olan həmkarlarımızın I Liqqa təmsilçisi “Bursaspor”un şərəfini qoruyan futbolçunun ünvanına tərif yağdırıb.

“Xalq” nəşri Toralla bağlı xəbəri belə təqdim edib:

“Bursaspor”da heç cür ümidləri doğrultmayan Toral Bayramov Azərbaycan millisinin Tacikistana qarşı keçirdiyi yoxlama oyununda qəhrəman oldu. O, Türkiyədə yerdən-yerə vurulurdu. Çünki “yaşıl-ağlar”ın formasını geyən oyunçu özünü yaxşı tərəfdən göstərə bilmirdi. Ancaq milli komandada, necə deyərlər, “küllərindən doğuldu”. Onun yığmada sərgilədiyi yüksək performansdan sonra Bursa təmsilçisinin düşərgəsinə yüksək əhval-ruhiyyədə qayıdacağı gözlənilir”.

“Bursa Hakimiyyət” nəşri də həmvətənimizi yerə-göyə sığdırmayıb:

“Bursaspor”da gözləntiləri qarşılaya bilməyən Toral Azərbaycan millisində şou göstərdi. Tacikistana qarşı yoxlama oyununda səhnəyə çıxan futbolçu ölkəsində sərgilədiyi performansla diqqəti çəkdi. O, komandasına qələbə qazandıran qolun müəllifi oldu. İndi gözlər Toralın “Bursaspor”a qayıtdıqdan sonra göstərəcəyi performansa dikilib”.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?