"Hər şeyin yaxşı olduğunu demək çətindir"

7 Noyabr 2019 22:40 İspaniya 433
"Hər şeyin yaxşı olduğunu demək çətindir"

"Real"ın yarımmüdafiəçisi Toni Kroos Qaret Beylin məsələsinə münasibət bildirib. Sportinfo.az "Real Total"a istinadən xəbər verir ki, almaniyalı futbolçu "hər şeyin yaxşı olduğunu göstərmək çətindir" deyib:

"Bilmirəm, Qaret yayda getmək istəyirdi. Bütün baş verənlərdən sonra hər şeyin yaxşı olduğu fikrini yaratmaq, çətindir. Beyl bir neçə əla oyun keçirdi. Onu ən çox milli komandanın heyətində aldığı zədələr narahat edirdi".

"Real" rəhbərliyi uelsli futbolçunu yayda satmaq istəsə də, Çin klubu ilə transferdə ortaq məxrəcə gəlməmişdi.

Beylin Madrid komandası ilə müqaviləsi 2022-ci il iyunun 30-a kimidir. 30 yaşlı futbolçu bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə 2 qol vurub və 2 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti