“Leyptsiq”in vingeri Yan Diomandenin yaxın günlərdə “Real”a keçidi rəsmiləşə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, transfer prosesi yaranmış hüquqi problemlərə görə bir qədər ləngiyib.
Madrid klubu sözləşmənin cari həftənin sonuna qədər tamamlanacağına əmindir.
Mənbənin iddiasına əsasən, 19 yaşlı futbolçunun transferi “Real”a 100 milyon avrodan baha başa gələcək.
Diomande ötən mövsüm “Leyptsiq”in heyətində keçirdiyi 36 oyunda 13 qol vurub və 10 məhsuldar ötürmə verib.
Fil Dişi Sahilindən olan oyunçunun transferi uğrunda mübarizədə Madrid təmsilçisi PSJ, “Liverpul” və Avropanın digər top-klublarını qabaqlayıb.
