Müqavilə ilə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna məxsus olan portuqaliyalı müdafiəçi Joao Kanselo karyerasını yenidən “Barselona”da davam etdirməyə yaxındır.
Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, “Əl-Hilal” 32 yaşlı futbolçunun transferinə “yaşıl işıq” yandırıb.
Hazırda tərəflər “Barselona” ilə danışıqların yekunlaşmasını gözləyirlər.
Mənbənin iddiasına əsasən, Kanselonun transferi Kataloniya klubuna təxminən 10 milyon avroya başa gələcək. Müdafiəçi 2025/26 mövsümünün ikinci yarısını icarə əsasında “Barselona”da keçirib.
“Barselona” La Liqanın yeni mövsümündə ilk oyununu avqustun 23-də keçirəcək. Hans-Diter Flikin komandası səfərdə “Elçe” ilə üz-üzə gələcək.

