“Real”ın hücumçusu Vinisius Junior yaxın gələcəkdə komandasını dəyişərək İngiltərə Premyer Liqasına yollana bilər.
Sportinfo.az “HandofArsenal”-a istinadən xəbər verir ki, “Arsenal” braziliyalı futbolçu ilə şəxsi müqavilənin şərtləri üzrə prinsipial razılıq əldə edib.
İndi isə oyunçunun menecerləri London klubunun təklifini Madrid təmsilçisi ilə müzakirə edəcək.
Daha əvvəl İspaniya mətbuatında Vinisiusun “Real”la yeni müqavilə danışıqlarında problemlərin yarandığı bildirilirdi. Tərəflər maliyyə şərtləri ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər.
“Transfermarkt” portalı 26 yaşlı hücumçunun dəyərini 140 milyon avro qiymətləndirir.

