Fransalı hücumçunu “Barselona”da görmək istəyir

01:30 İspaniya 64
Fransalı hücumçunu “Barselona”da görmək istəyir

“Barselona” hücum xəttini gücləndirmək üçün düşündüyü əsas hədəfi dəyişə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti Xuan Laporta “Atletiko”nun hücumçusu Xulian Alvaresin əvəzinə “Bornmut”un gənc forvardı Eli Junior Krupini transfer etməyə üstünlük verir.

“Barselona” fransalı futbolçunun ciddi diz zədəsi almasına baxmayaraq, onu bu yay heyətinə qatmaq ehtimalını nəzərdən keçirir.

Krupi əməliyyat olunub və təxminən 3-4 ay yaşıl meydanlardan kənarda qalacaq. Buna baxmayaraq, Laporta 20 yaşlı hücumçunun böyük pərəstişkarıdır və onun potensialına inanır.

“Transfermarkt” portalına əsasən, Eli Junior Krupinin dəyəri 70 milyon avro qiymətləndirilir. “Atletiko”nun satmaq niyyətində olmadığı Xulian Alvaresin bazar dəyəri isə 120 milyon avrodur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
31 İyul 18:10 Çək və bizə göndər!
31 İyul 09:40 Bəlkə də…