“Real”ın hücumçusu Qonsalo Qarsiya karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Fulhem” 22 yaşlı hücumçunun keçidi üçün Madrid təmsilçisinə 42 milyon avro ödəyəcək.
Bundan əlavə, “kral klubu” futbolçunun növbəti satışından əldə olunacaq məbləğin 30 faizini də alacaq.
İspaniyalı forvard London klubu ilə müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq.
Qarsiya ötən mövsüm La Liqada 30 oyunda meydana çıxıb, 6 qol vurub.

