Atası oğluna görə klub rəhbərliyi ilə görüşüb - Onu satmırıq!

12:20 İspaniya 77
Atası oğluna görə klub rəhbərliyi ilə görüşüb - Onu satmırıq!

Real”ın yarımmüdafiəçisi Çud Bellingem bu yay komandanı tərk etməyə yaxın olub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçunun atası Mark Bellingem ötən mövsümün sonunda Madrid klubunun rəhbərliyi ilə görüş keçirərək, oğlunun idman məsələlərində yaranmış fikir ayrılıqları səbəbindən ayrılmaq istədiyini müzakirə edib.

Ancaq “kral klubu”nun cavabı birmənalı olub – Bellingem satılmır.

Bellingem 2023-cü ildə Dortmund “Borussiya”sından 127 milyon avro qarşılığında “Real”a transfer olunub. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu il iyunun 30-dək qüvvədədir.

22 yaşlı futbolçu “Real”ın heyətində bütün turnirlərdə 140 oyuna çıxıb, 46 qol vurub və 33 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyul 17:30 Çək və bizə göndər!