Transferin dəyəri 60 milyon avro olacaq - “Mançester Siti”dən “Real”a

31 İyul 02:50 İspaniya 303
Transferin dəyəri 60 milyon avro olacaq - “Mançester Siti”dən “Real”a

İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandes karyerasını “Real”da davam etdirməyə yaxındır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, transferin dəyəri 60 milyon avro olacaq.

30 yaşlı futbolçu “kral klubu” ilə müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilənin şərtlərini razılaşdırıb.

“Real”ın prezidenti Florentino Peres keçidin qısa zamanda rəsmiləşdirilməsi üçün danışıqları sürətləndirməyə çalışır.

Rodri 2019-cu ilin yayından “Mançester Siti”nin formasını geyinir. Onun “şəhərlilər”lə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.

İspaniyalı oyunçu 2026-cı il dünya çempionatının ən yaxşı futbolçusu seçilib.

Digər Xəbərlər
Xəbər Lenti