"Menecerim hələ mənə heç nə deməyib, ona görə də məlumatım yoxdur"

15:40 İspaniya 116
"Menecerim hələ mənə heç nə deməyib, ona görə də məlumatım yoxdur"

Moskva “Dinamo”sunun müdafiəçisi Juan Kaseres “Barselona”nın onunla maraqlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az “Sport Ekspress”-ə istinadən xəbər verir ki, paraqvaylı futbolçu bu məsələyə sakit yanaşdığını deyib:

“Buna tam sakit yanaşıram. Menecerim hələ mənə heç nə deməyib, ona görə də məlumatım yoxdur.

“Barselona” dünyanın ən böyük klublarından biridir. Hər bir futbolçu orada çıxış etmək istəyər”.

Kaseresin “Dinamo” ilə müqaviləsinin müddəti 2029-cu ilin sonuna kimidir. “Transfermarkt” portalına əsasən, onun bazar dəyəri 7 milyon avro qiymətləndirilir.

24 yaşlı futbolçu ötən mövsüm Rusiya Premyer Liqasında 24 oyunda meydana çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti