“Real” ilk rəsmi təklifini hazırlayır - 60 milyon avro ödəməyi planlaşdırır

12:20 İspaniya 86
“Real” ilk rəsmi təklifini hazırlayır - 60 milyon avro ödəməyi planlaşdırır

“Real” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandesin transferi üçün ilk rəsmi təklifini hazırlayır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” ispaniyalı futbolçu üçün 50-60 milyon avro təklif etməyi planlaşdırır.

Rodri “Mançester Siti” ilə müqaviləsinin müddətini uzatmaqdan imtina edib və karyerasını “Real”da davam etdirmək istəyir.

Bildirilir ki, yarımmüdafiəçi Madrid təmsilçisi ilə müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilənin şərtlərini artıq razılaşdırıb.

30 yaşlı oyunçu 2026-cı il dünya çempionatında İspaniya millisinin çempionluğunda mühüm rol oynayıb və turnirin ən yaxşı futbolçusu seçilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 19:40 Çək və bizə göndər!