“Real” uyğun təklif alacağı təqdirdə, cinah oyunçusu Vinisius Juniorla yollarını ayırmağa hazırdır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu braziliyalı futbolçunun transferi ilə bağlı yalnız azı 160 milyon avro təklif olunacağı halda danışıqlara başlayacaq.
Bundan aşağı məbləğdə təkliflərə isə baxılmayacaq.
Daha əvvəl “Arsenal”ın oyunçu ilə maraqlandığı bildirilib.
Vinisius 2018-ci ilin yayından “Real”ın formasını geyinir. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin iyun ayına qədərdir.

