“Real” 15 milyon təzminat ödəyəcək - Mourinyo üçün

18:40 İspaniya 98
“Real” 15 milyon təzminat ödəyəcək - Mourinyo üçün

“Benfika” baş məşqçi Joze Mourinyonun “Real”a keçməyə razılıq verdiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun yaydığı bəyanatda bildirilir.

Qeyd olunub ki, Madrid təmsilçisi portuqaliyalı mütəxəssisin təyinatı üçün rəsmi müraciət edib.

Məlumata görə, “Real” Mourinyoya görə “Benfika”ya 15 milyon avro təzminat ödəyəcək.

Açıqlamada həmçinin qeyd olunub ki, Mourinyonun gedişindən sonra komandanın baş məşqçi postuna Marko Silva gətiriləcək.

Mourinyo daha əvvəl 2010-2013-cü illərdə Madriddə çalışıb. Klub prezidenti Florentino Perez seçki kampaniyası dövründə portuqaliyalı çalışdırıcını yenidən Madridə qaytarmaq niyyətində olduğunu bildirmişdi.

Perez bazar ertəsi keçirilən prezident seçkilərində qalib gələrək vəzifəsini qoruyub saxlayıb.

Son iki mövsümdə ciddi uğur qazana bilməyən “Real Madrid” bu müddətdə həm “La Liqa” çempionluğunu, həm də digər mühüm titulları əzəli rəqibi “Barselona”ya uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti