Mourinyo yenidən “Real”a döndü, 3 illik müqavilə RƏSMİLƏŞDİ

00:10 İspaniya 88
Mourinyo yenidən “Real”a döndü, 3 illik müqavilə RƏSMİLƏŞDİ

Joze Mourinyo “Real”ın baş məşqçisi təyin edilib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssislə müqavilə 2029-cu il iyunun 30-dək bağlanıb.

“Real” klubunun bu gün Florentino Peresin sədrliyi ilə keçirilən iclasında Direktorlar Şurası Mourinyonu növbəti üç mövsüm üçün – 2029-cu il iyunun 30-dək birinci komandanın baş məşqçisi təyin etmək barədə qərar qəbul edib.

Mourinyo “Real”a iyulun 13-də, mövsümqabağı hazırlığın başladığı gün qoşulacaq” – məlumatda bildirilib.

Daha əvvəl mütəxəssis 2010-cu ildən 2013-cü ilədək Madrid komandasına rəhbərlik edib. Mourinyo klubla İspaniya çempionatını və ölkə kubokunu qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!