“Real”da təqdimat olacaq - Mourinyo Madridə yola düşdü

15:20 İspaniya 130
“Real”da təqdimat olacaq - Mourinyo Madridə yola düşdü

“Real” yeni baş məşqçisinin təqdimatına hazırlaşır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Joze Mourinyo rəsmi təqdimat mərasimində iştirak etmək üçün bu gün Madridə gedib.

Daha əvvəl yayılan xəbərlərdə portuqaliyalı mütəxəssisin “Real”la müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan üç illik müqavilə imzalayacağı bildirilmişdi.

Madrid təmsilçisi məşqçinin “Benfika” ilə olan müqaviləsindəki 15 milyon avroluq təzminat məbləğini ödəyərək, onun xidmətini təmin edib.

63 yaşlı çalışdırıcı daha əvvəl də (2010-2013) “Real”a rəhbərlik edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti