“Barselona” yay transfer dövründə hücum xəttini gücləndirməyi planlaşdırır.
Kataloniya klubunun Harri Keyn və Xulian Alvareslə maraqlandığı bildirilir.
Ancaq məlumatlara görə, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik ingilis hücumçunun transferini dəstəkləmir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Flik klubun məhz Alvaresi heyətinə qatmasını istəyir.
O, argentinalı forvardı öz oyun sistemi üçün ideal hücumçu hesab edir və onun transferinə üstünlük verir.
Bununla belə, bu keçidin reallaşması olduqca çətin görünür. Belə ki, “Atletiko” rəhbərliyi əsas oyunçularından olan Alvareslə vidalaşmaq niyyətində deyil.
Digər tərəfdən, yayılan məlumatlara əsasən, hazırda “Bayern” forması geyinən Harri Keyni təxminən 80 milyon avroya transfer etmək mümkündür.

