Heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır - “Yuventus”

12:00 İspaniya 98
Heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır - “Yuventus”

“Yuventus” heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə tanınmış insayder Matteo Moretto paylaşım edib.

Onun sözlərinə görə, Turin təmsilçisi “Atletiko Madrid”in norveçli hücumçusu Aleksander Sörlot ilə razılıq əldə edib.

Mənbənin bildirdiyinə görə, iki klub arasında artıq rəsmi transfer danışıqlarına start verilib.

“Yuventus” komandadan ayrılacağı gözlənilən Duşan Vlahoviçin yerini məhz norveçli hücumçu ilə doldurmağı planlaşdırır.

Turinlilərlə İspaniya klubu arasında təkcə Aleksander Sörlotun deyil, həm də Niko Qonsalesin transferi ilə bağlı paralel olaraq gərgin danışıqlar davam edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 İyun 16:55 Onlara viza verilmədi