“Barselona”nın müdafiəçisi Alexandro Balde gələcəyi ilə bağlı qərarını verib və klubdan ayrılmaq niyyətində deyil.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi sol cinah müdafiəçisi mövqeyinə yeni futbolçu transfer etməyi planlaşdırdığı üçün 22 yaşlı oyunçunun satılması variantını nəzərdən keçirməyə hazırdır.
Bununla belə, klub rəhbərliyi öz yetirməsini istəyi əleyhinə komandadan göndərmək fikrində deyil.
Balde yeni transferdən sonra müntəzəm oyun praktikasını itirmək ehtimalının yüksək olduğunu anlayır. Buna baxmayaraq, ispaniyalı futbolçu başqa kluba keçmək istəmir və “Barselona”da qalmaqda qərarlıdır.
O, ötən mövsüm Hans-Diter Flikin rəhbərlik etdiyi komandada 42 oyuna çıxıb və 3 məhsuldar ötürmə verib.

