“Düşünürəm ki, bir şey deməyin zərəri olmaz, amma deməyəcəm"

00:20 İspaniya 79
“Düşünürəm ki, bir şey deməyin zərəri olmaz, amma deməyəcəm"

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın hücum oyun tərzinə görə həddindən artıq təzyiq altında olub-olmadığı ilə bağlı suala cavab verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı məşqçi düzgün yolda olduqlarını söyləyib:

“Düşünürəm ki, bir şey deməyin zərəri olmaz, amma deməyəcəm. Ətrafımızda çox səs-küy var.

Ümid edək ki, zədəli oyunçular tezliklə geri qayıdacaqlar. Biz yaxşılaşmışıq və düzgün yoldayıq. “Selta”ya qarşı matçı (4:2) təhlil edəcəyik, çünki hər şeyi düzgün etmədik”.

Kataloniya klubunun La Liqanın 12 turundan sonra 28 xalı var və turnir cədvəlində 2-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Noyabr 18:10 Çək və bizə göndər!