Keçmiş futbolçusunun satışından 30 milyon avro qazana bilər - “Real”

10 Noyabr 2025 22:00 İspaniya 585
Keçmiş futbolçusunun satışından 30 milyon avro qazana bilər - “Real”

“Tottenhem” “Real Sosyedad”ın yarımmüdafiəçisi Takefusa Kubonu transfer etmək istəyir.

Sportinfo.az “Defensa Central”-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun keçidi London klubuna təxminən 60 milyon avroya başa gələ bilər.

Transfer reallaşarsa, “Real” bu əməliyyatdan 30 milyon avro qazanacaq. “

Kral klubu” 2022-ci ildə Kubonu satarkən müqaviləyə gələcək transferin 50 faizindən pay almaq hüququnu daxil etmişdi.

Yapon futbolçu cari mövsümdə “Real Sosyedad”ın heyətində 10 oyunda meydana çıxıb və bir qola imza atıb.

Onunla daha əvvəl “Arsenal”, “Everton”, “Atletiko” və “Milan” kimi klubların da maraqlandığı bildirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti