"Yaxşı bilirik ki, hansı sahələrdə inkişaf edə bilərik və hansı çətinliklərlə üzləşəcəyik"

00:10 İspaniya 70
"Yaxşı bilirik ki, hansı sahələrdə inkişaf edə bilərik və hansı çətinliklərlə üzləşəcəyik"

“Barselona”nın idman direktoru Deku komandanın hazırkı çətin dövrü arxada qoyacağına inanır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, indiki mərhələdə oyun üslubu ilə bağlı sualların aktual olmadığını bildirib:

“İndiki mərhələdə oyun üslubu ilə bağlı suallar aktual deyil. Biz yaxşı bilirik ki, hansı sahələrdə inkişaf edə bilərik və hansı çətinliklərlə üzləşəcəyik.

Ötən mövsümdə də bu kimi çətin anlarımız oldu, amma onları dəf etməyi bacardıq. Formamızı bərpa etməli, birliyimizi qorumalı və inadla işləməliyik.

Ötən mövsüm bunu etdik, bu dəfə də eyni şeyi etməyi planlaşdırırıq. Heç nə vəziyyəti dəyişə bilməz, ancaq əzm və fədakarlıq”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?