“Barselona”nın hücumçusu Robert Levandovski cari mövsümdən sonra klubdan ayrıla bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı futbolçunun müqaviləsi gələn ilin ortalarında başa çatır.
Kataloniya klubunun rəhbərliyinin 2027-ci ilə qədər avtomatik uzatma bəndinə baxmayaraq, müqaviləni yeniləmək niyyətində olmadığı bildirilir.
Forvard gələcəyini planlaşdırmazdan əvvəl “Barselona”nın son qərarını gözləmək niyyətindədir.
O, “Barsa”nın əməkdaşlığı davam etdirməkdə maraqlı olub-olmadığını bilənə qədər digər klublarla danışıqlara girməyəcək.
Levandovskinin bu yaxınlarda Səudiyyə Ərəbistanına mümkün transferi ilə bağlı xəbərlər yayılıb, lakin onun Avropanı tərk etməyə hazır olub-olmadığı hələ də məlum deyil.

