Ərəblərdən 35 milyon avroluq təklif - Levandovski üçün

5 Noyabr 01:30 İspaniya 463
Ərəblərdən 35 milyon avroluq təklif - Levandovski üçün

“Barselona” qış transfer pəncərəsində hücumçusu Robert Levandovskini satmaq variantını nəzərdən keçirir.

Sportinfo.az “Fichajes”-ə istinadən xəbər verir ki, 37 yaşlı forvard üçün Səudiyyə Ərəbistanından bir klub 35 milyon avro təklif edib.

Kataloniya təmsilçisi bu transferə uyğun əvəzləyici tapacağı halda, razılıq verə bilər.

Bu halda, klub, mövsümün sonunda müqaviləsinin müddəti başa çatacaq polşalı futbolçudan əhəmiyyətli gəlir əldə etmiş olacaq.

Cari mövsümdə Hans-Diter Flikin komandasında 10 oyuna çıxan Levandovski 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
11 Dekabr 18:10 Çək və bizə göndər!