“Real”ın sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold komandanın baş məşqçisi Xabi Alonso haqqında fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı mütəxəssisin futbolçu dönəmini xatırladıb:
“İlk söhbətimizdə Alonsoya dedim ki, onu və Stiven Cerrardın ötürmələrini izləyərkən başa düşdüm ki, ötürmələr bir sənətdir.
Onların ötürmələrinin xüsusi səsi var idi. İnsanlar başa düşəcəkmi, bilmirəm, amma yaxşı ötürmənin səsi həmişə xüsusi olur.
Alonso mənim kumirim idi. Mən ona heyran idim və onun ötürmə tərzini təqlid etməyə çalışırdım.
Hətta indi də məşqdə topu ötürəndə mən onu təqlid etməyə çalışıram. O, hələ də topu yaxşı idarə edir, oyun üçün “böyük göz”ü var. Onun zəkası məşqdə özünü göstərir”.
“Real” noyabrın 5-də Çempionlar Liqasında “Liverpul”la qarşılaşacaq.

