“Barselona”nın hücumçusu Ferran Torres La Liqa çərçivəsində keçirilən matçda “Elçe” üzərində 3:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
25 yaşlı futbolçu “Barsa”nın ikinci qolunun müəllifi olub. Digər qolları Lamin Yamal və Markus Reşford vurub.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı forvard qol vurduğu üçün çox xoşbəxt olduğunu bildirib:
“Matça yüksək intensivliklə başlamağımız və hesabı erkən açmağımız çox vacib idi. Bu, oyunun gedişatını nəzarətdə saxlamağa kömək etdi.
Düşünürəm ki, biz yenidən ötən mövsümün “Barselona”sını görürük. Qol vurduğum üçün çox xoşbəxtəm. Hər zaman komandama faydalı olmağa çalışıram”.
Torres 88-ci dəqiqəyə qədər meydanda olub. Onun komandası hazırda La Liqada 25 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Real”dan 5 xal geri qalır.

                
                
                
                
                    