Mərkəz müdafiəçisinin ayrılığı mövsümün sonunda baş tutacaq - "Real"da qalmayacaq

3 Noyabr 2025 12:00 İspaniya 617
Mərkəz müdafiəçisinin ayrılığı mövsümün sonunda baş tutacaq -

Avstriya millisinin lideri David Alaba “Real”dan ayrılacaq.

Sportinfo.az “Marca”ya istinadən xəbər verir ki, mərkəz müdafiəçisinin ayrılığı mövsümün sonunda baş tutacaq.

Bir sıra zədələrdən sonra tam sağalan avstriyalı müdafiəçinin özünə yeni komanda axtardığı iddia olunur. O, gələn ilin iyun ayında azad agent kimi Madridi tərk edəcək.

David karyerası ərzində “Avstriya”(Vyana), “Bavariya”, “Hoffenhaym”da oynadıqdan sonra 2021-ci ildə “Real”a keçmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti